FIFA prezidentindən başsağlığı
FIFA və Canni İnfantino Xesus de Miquelin vəfatı ilə bağlı başsağlığı verib.
Sportify.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) və qurumun prezidenti Canni İnfantino “Tenerife” klubunun futbolçusu Xesus de Miquelin vəfatı ilə bağlı başsağlığı veriblər.
Faciə İspaniya Sequndasının 12-ci turunda «Tenerife» ilə «Andorra» arasında keçirilən matçda baş verib. Qarşılaşmanın ikinci hissəsinə əlavə olunmuş 7-ci dəqiqədə qonaqların qapıçısı Xesus Ovono meydanın mərkəzində rəqib hücumçu Xesus de Miquellə sərt şəkildə toqquşub. Bu epizoda görə qolkiper birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Toqquşmadan sonra yerdə qalan hücumçu qısa müddət ərzində huşunu itirib.
Həkimlərin məlumatına görə, de Miqueldə ürək və tənəffüs dayanması baş verib. Vəziyyət təxminən 20 dəqiqə davam edib. Futbolçunun xəstəxanaya aparılması zamanı ona ürək-ağciyər reanimasiyası tətbiq olunub. Həkimlərin səylərinə baxmayaraq, 30 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb. «Tenerife» klubu onun vəfatını noyabrın 3-də rəsmən açıqlayıb.
FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında mərhum futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib:
“Xesus de Miquelin faciəvi vəfatı xəbərini dərin kədərlə qarşıladıq. Onun itkisi ailəsi, dostları və Xesusu tanıyan hər kəs üçün ağır itkidir. FIFA və bütün dünya futbol ictimaiyyəti adından bu çətin günlərdə mərhumun ailəsinə, yaxınlarına və “Tenerife” klubunun kollektivinə səmimi başsağlığı verirəm. Ruhun şad olsun”.



No Comment! Be the first one.