Fabio Kannavaro Özbəkistan millisindən ayrıla bilər
İtaliyalı mütəxəssis Fabio Kannavaro Asiya Kubokunun təxirə salınması səbəbindən Özbəkistan millisinin baş məşqçisi postundan ayrıla bilər.
Sportify.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, turnirin keçirilmə tarixinin dəyişdirilməsi Kannavaronu istefa barədə düşünməyə vadar edib.
Asiya Kubokunun əvvəlcə Səudiyyə Ərəbistanında 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi planlaşdırılırdı. Lakin Yaxın Şərqdəki vəziyyətlə əlaqədar turnirin vaxtı dəyişdirilib. Yarışın 2027-ci il dekabrın 23-də başlaması, final matçının isə 2028-ci il yanvarın 21-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Fabio Kannavaro 2025-ci ilin oktyabrında Özbəkistan millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatında iştirak edib. Özbəkistan millisi Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə eyni qrupda yer alıb və xalsız qalaraq sonuncu pilləni tutub.



No Comment! Be the first one.