Çempionlar Liqası: PSJ-dən yeni rekord
Fransa təmsilçisi PSJ UEFA Çempionlar Liqası tarixində bir oyunda ən sürətli dörd qol vuran komanda olub.
Sportify.az xəbər verir ki, Paris təmsilçisi buna cəmi 16 dəqiqə 2 saniyəyə nail olub. Bu barədə “OptaJean” X sosial şəbəkəsində məlumat yayıb.
Rekord Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Vilyarreal”la (İspaniya) keçirilən qarşılaşmada qeydə alınıb. İspaniyadakı “Keramika” stadionunda baş tutan oyunun ilk hissəsi PSJ-nin 4:0 hesablı üstünlüyü ilə başa çatıb.
Paris klubunun heyətində 9-cu dəqiqədə Joau Neveş hesabı açıb. 12-ci dəqiqədə Dezire Due fərqi artırıb. 13-cü dəqiqədə Senni Meyülü üçüncü, 17-ci dəqiqədə isə Fabian Ruis dördüncü qolu vurub.
Qeyd edək ki, oyun PSJ-nin 6:0 hesablı qələbəsilə başa çatıb.



No Comment! Be the first one.