"Sabah" Simiçi itirdi
“Sabah” komandası Norveçdə “Vikinq”ə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV tur matçında itki ilə üzləşib.
Sportify.az xəbər verir ki, 32-ci dəqiqədə Azərbaycan klubunun futbolçusu Velko Simiç ayağından ağrılar hiss edərək, yerdə qalıb.
Həkim müdaxiləsinə baxmayaraq, serbiyalı yarımmüdafiəçi oyunu davam etdirə bilməyib. Nəticədə o, Coy Lens Mikelslə əvəzlənib.
Qeyd edək ki, hazırda hesab bərabərdir – 1:1.



No Comment! Be the first one.