Dirk Kuyt: Bu qələbə ilə fəxr edirik
Türkiyənin “Fənərbağça” klubunun baş məşqçi səlahiyyətlərini icra edən Dirk Kuyt UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Liverpul” üzərində qazandıqları 3:2 hesablı qələbəni şərh edib.
Sportify.az xəbər verir ki, niderlandlı mütəxəssis komandasının 18 ildən sonra turnirdə ilk qələbəsini qazanmasından məmnunluğunu ifadə edib.
“Bu qələbə ilə çox fəxr edirik. 18 ildən sonra bu turnirdə qalib gəldik. Həm də vaxtilə burada, İstanbulda inanılmaz geridönüş edərək Çempionlar Liqasının kubokunu qazanan ən uğurlu klublardan birinə qalib gəldik. Matçdan əvvəl çoxları bizə şans vermirdi, lakin özümüzə inanırdıq. Rəqibə yüksək təzyiq göstərdik və enerjili oyun sərgilədik. Azarkeşlərimizə unudulmaz axşam yaşatdığımız üçün xoşbəxtik”, – deyə Kuytun sözlərini UEFA-nın rəsmi saytı sitat gətirib.



No Comment! Be the first one.