“Neftçi” – “Kəpəz”: Daha bir sektora bilet satışı başladı
Misli Premyer Liqasında XI turun “Neftçi” – “Kəpəz” matçı üçün daha bir sektor üzrə onlayn bilet satışına start verilib.
Sportify.az-ın məlumatına görə, “Banişevski üst” sektoruna olan biletlər 3 manata satılır.
İlkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılmışdı. Artıq “Banişevski alt” sektoru üzrə bütün biletlər satılıb.
Digər sektorlara qiymətlər aşağıdakı kimidir:
* Qərb 2 – 2 AZN;
* VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.
Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, noyabrın 6-da “Palms Sports Arena”da keçiriləcək oyun saat 20:00-da başlanacaq.



No Comment! Be the first one.