"Neftçi" evdə, "Turan Tovuz" səfərdə qalib gəldi - YENİLƏNDİ
Misli Premyer Liqasında XI turun növbəti oyunu keçirilib.
Sportify.az xəbər verir ki, “Neftçi” “Palms Sports Arena”da “Kəpəz”i qəbul edib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 80-ci dəqiqədə Alen Şkribek vurub.
Bununla da “Neftçi” xalını 24-ə çatdıraraq, vahid liderliyini davam etdirib. 7 turdan sonra ilk dəfə uduzan “Kəpəz” isə hələlik 17 xalla 5-ci yerdə gedir.
—————————
Misli Premyer Liqasında XI turun açılış oyunu keçirilib.
Sportify.az xəbər verir ki, “Qarabağ” bu mövsüm ilk dəfə “Azersun Arena”da “Turan Tovuz”u qəbul edib.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 80-ci dəqiqədə Roderik Miller vurub.
Bununla da “Qarabağ” çempionatda ilk məğlubiyyətlə üzləşərək, 19 xalla 4-cü pilləyə enib. “Sabah”dan sonra daha bir iddialı rəqibini yenən “Turan Tovuz” isə 21 xalla 2-ci yerə yüksəlib.
——————————-
Misli Premyer Liqasında “Zəfər turu”, yəni 11-ci tura bu gün start veriləcək.
Sportify.az xəbər verir ki, bu günə 2 oyun nəzərdə tutulub.
Açılış matçında “Qarabağ” “Turan Tovuz”la qarşılaşacaq. Oyun saat 18:00-da başlanacaq. Qonşu pillələrdə qərarlaşan komandalardan “Qarabağ”ın 19, “Turan Tovuz”un isə 18 xalı var.
Günün növbəti oyununda “Neftçi” “Kəpəz”i qəbul edəcək. Yüksəlişdə olan “Kəpəz” paytaxt klubundan xal almaq istəyir. Lider “Neftçi” isə mövqeyini daha da gücləndirmək niyyətindədir. Gərgib mübarizə vəd edən görüş saat 20:00-da başlanacaq.
Misli Premyer Liqası
XI tur
6 noyabr (cümə)
18:00 “Qarabağ” – “Turan Tovuz” – 0:1
Qol: Roderik Miller, 80
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”
20:00 “Neftçi” – “Kəpəz” – 1:0
Qol: Alen Şkribek, 67
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Palms Sports Arena”
7 noyabr (şənbə)
16:00 “Şəfa” – “Araz-Naxçıvan”
18:30. “Zirə” – “Qəbələ”
8 noyabr (bazar)
15:00 “İmişli” – “Sumqayıt”
17:30 “Sabah” – “Şamaxı”



No Comment! Be the first one.