Cüdoçularımız Zaqreb Qran Prisində
Azərbaycan cüdo millisinin noyabrın 13-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Qran Pri üçün heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, üç gün davam edəcək yarışda 9 kişi və 3 qadın idmançı mübarizə aparacaq.
Los Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları verən turnirdə onlar 9 çəki dərəcəsində çıxış edəcəklər.
Murad Muradlı (60 kq), Turan Bayramov, Nizami İmranov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kq), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri, Kənan Nəsibov (hər ikisi +100 kq) kişilərin, Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) qadınların yarışına qatılacaq.
Kişilərdən ibarət yığmaya böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadın millisinə isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcəklər.
Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan Zaqreb Qran Prisində 70 ölkədən 314 kişi, 201 qadın olmaqla, 515 idmançı tatamiyə çıxacaq.



No Comment! Be the first one.