Argentina millisində 10 nömrəli forma boş qalacaq
Argentina millisinin baş məşqçisi Lionel Skaloni yaxın vaxtlarda keçiriləcək yoldaşlıq görüşlərində Lionel Messinin geyindiyi 10 nömrəli formanı digər futbolçulardan heç birinə verməmək qərarına gəlib.
Sportify.az xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.
Noyabr ayında Argentina millisi iki oyun keçirəcək. Komanda noyabrın 14-də Uruqvay, 18-də isə Kosta-Rika ilə qarşılaşacaq.
Qeyd edək ki, Argentina Futbol Assosiasiyası daha əvvəl Messinin geyindiyi 10 nömrəli formanı rəsmi olaraq onun adına təhkim etmək və dövriyyədən çıxarmaq üçün müraciət etsə də, FIFA-dan müsbət cavab almayıb.
39 yaşlı Lionel Messi bu ilin oktyabrında Argentina millisindəki çıxışlarını başa vurub. Onun yığmanın heyətində sonuncu oyunu oktyabrın 7-də Buenos-Ayresdə Beninlə keçirilən yoldaşlıq görüşü olub. Argentina həmin matçda 3:0 hesabı ilə qalib gəlib.



No Comment! Be the first one.