Duran dubl etdi, "Seltik" ilk qələbəsini qazandı - YENİLƏNDİ
Türkiyənin “Beşiktaş” komandası UEFA Avropa Liqasının əsas mərhələsində ilk məğlubiyyətlə üzləşib.
Sportify.az-ın məlumatına görə, bu, IV turun “Seltik”lə Şotlandiyadakı səfər matçında baş verib.
Qlazqodakı “Seltik Park” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.
Qolların hamısı ikinci hissədə vurulub. “Beşiktaş”dan 54-cü dəqiqədə Junior Olaytan penaltini dəqiq yerinə yetirməsə də, təkrar vuruşla hesabı açıb.
61-ci dəqiqədə “Seltik”in “Qarabağ”dan transfer etdiyi Kamilo Duran meydana daxil olub. Bundan cəmi 1 dəqiqə sonra Kallum Osmand bərabərlik qolunu vurub.
78-ci dəqiqədə Duran fərqlənərək, meydan sahiblərini hesabda önə çıxarıb. 86-cı dəqiqədə Orkun Kökçü qonaqların bərabərlik qolunu vursa da, 87-ci dəqiqədə yenidən kolumbiyalı hücumçu “dubl” edərək, “Seltik”in qələbə topuna imza atıb.
Beləliklə, ilk məğlubiyyətlə üzləşən “Beşiktaş” 7 xalla 8-ci pillədə qərarlaşıb. İlk qələbəsini qazanan “Seltik” isə 3 xalla 32-cidir.
—————————
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Seltik” (Şotlandiya) – “Beşiktaş” (Türkiyə) matçı davam edir.
Sportify.az xəbər verir ki, hazırda hesab 3:2 şotlandların xeyrinədir. “Seltik”in 2-ci və 3-cü qollarını “Qarabağ”dan transfer olunan Kamilo Duran vurub.
Qeyd edək ki, “qol maşını” 61-ci dəqiqədə meydana daxil olub. Oyun hazırda davam edir.



No Comment! Be the first one.