Konfrans Liqası: Zamiq Əliyev oynadı, komandası məğlub oldu
UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turunun qarşılaşmaları keçirilib.
Sportify.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin mübarizə apardığı “Eqnatiya” (Albaniya) “Universitatya” (Krayova, Rumıniya) ilə qarşılaşıb. Rumıniya təmsilçisi doğma meydanda 2 cavabsız qolla qalib gəlib.
Zamiq Əliyev oyuna 61-ci dəqiqədə daxil olub və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Eqnatiya” 3 turdan sonra 26-cı yerdə qərarlaşıb.



No Comment! Be the first one.