Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportify.az xəbər verir ki, iclasda “Mingəçevir” klubuna oyuna gəlmədiyi üçün texniki məğlubiyyət verilib. Komitənin bütün qərarlarını təqdim edirik:
I Liqa VII tur
04.11.2026-cı il tarixində I Liqada VII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyunu “Mingəçevir” komandasının görüşə gəlməməsi səbəbindən baş tutmadığına görə “Mingəçevir” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Mingəçevir” komandası 3000 manat cərimə edilsin (maddə 79.1);
05.11.2026-cı il tarixində I Liqada VII turun “Baku Sportinq” – “Xankəndi” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
05.11.2026-cı il tarixində I Liqada VII turun “Zaqatala” – MOİK oyununda xərəkdaşıyanlar olmadığına görə “Zaqatala” komandası 600 manat cərimə edilsin (maddə 59.1);
05.11.2026-cı il tarixində I Liqada VII turun “Səbail” – “Gəncəbasar” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Səbail” komandası 300 manat cərimə edilsin (maddə 99, 94, 68.1);
II Liqa IX tur
01.11.2026-cı il tarixində II Liqada IX turun “Ağstafa Gəncləri”– “Şəki” oyununun 2-ci hissəsi “Şəki” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Şəki” komandası 300 manat cərimə edilsin (maddə 77.4);
02.11.2026-cı il tarixində II Liqada IX turun “Ağdaş”– “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Ağdaş” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);
02.11.2026-cı il tarixində II Liqada IX turun “Ağdaş”– “Kür-Araz” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Ağdaş” komandası 250 manat cərimə edilsin (maddə 99, 94, 68);
02.11.2026-cı il tarixində II Liqada IX turun “Ağdaş”– “Kür-Araz” oyunu “Kür-Araz” komandasının oyunçusunun formasında problem olması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 150 manat cərimə edilsin (maddə 83.5);
02.11.2026-cı il tarixində II Liqada IX turun “Ağdaş”– “Kür-Araz” oyununda “Kür-Araz” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kür-Araz” komandası 250 manat cərimə edilsin (maddə 99, 94, 68);
03.11.2026-cı il tarixində II Liqada IX turun “Zəngəzur”– “Şəmkir” oyununda “Zəngəzur” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zəngəzur” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
03.11.2026-cı il tarixində II Liqada IX turun “Zəngəzur”– “Şəmkir” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
03.11.2026-cı il tarixində II Liqada IX turun “Zəngəzur”– “Şəmkir” oyunundan əvvəl “Şəmkir” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Şəmkir” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
03.11.2026-cı il tarixində II Liqada IX turun “Marafon”– “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
03.11.2026-cı il tarixində II Liqada IX turun “Dinamo”– “Şirvan” oyununun 85-ci dəqiqəsində “Dinamo” komandasının 4 nömrəli futbolçusu Raul Musayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Dinamo” komandası 100 manat cərimə edilsin (maddə 46);
03.11.2026-cı il tarixində II Liqada IX turun “Dinamo”– “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1).



No Comment! Be the first one.