"Qarabağ"ın dalaşan futbolçularına qarşı tədbir görüldü - VİDEO
Misli Premyer Liqasında X turun “Qəbələ” ilə səfər matçı zamanı “Qarabağ”ın dalaşan futbolçuları Mateus Silva və Marko Yankoviçə qarşı tədbir görülüb.
Sportify.az xəbər verir ki, bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov qərar qəbul edib.
54 yaşlı mütəxəssis braziliyalı müdafiəçi ilə monteneqrolu yarımmüdafiəçini start heyətdən kənarlaşdırıb. Hər iki oyunçu bu gün “Turan Tovuz”la X turun ev matçında ehtiyatda qalacaq.
“Azersun Arena”da keçiriləcək görüş saat 18:00-da başlanacaq. Qarşılaşmanı baş hakim Fərid Hacıyev idarə edəcək.
Qeyd edək ki, Mateus Silva və Marko Yankoviç “Qəbələ” ilə qarşılaşmanın ilk yarısında münaqişəyə giriblər. Nəticədə baş məşqçi Qurban Qurbanov onları əvəzləyib.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.