Lixtenşteyn millisində Azərbaycanla oyun üçün 23 futbolçu - SİYAHI
Lixtenşteyn millisi UEFA Millətlər Liqasının son iki turunda Azərbaycan və Litva ilə keçirəcəyi oyunlar üçün heyətini açıqlayıb.
Sportify.az xəbər verir ki, baş məşqçi Konrad Fünfştük hər iki qarşılaşma üçün 23 futbolçuya dəvət göndərib.
Lixtenşteyn yığması noyabrın 13-də Vaduts şəhərindəki Reynpark stadionunda Azərbaycan millisini qəbul edəcək. Komanda noyabrın 16-da isə səfərdə Litva ilə qarşılaşacaq.
Baş məşqçi heyətdəki itkilərin azsaylı futbolçu ehtiyatına malik ölkə üçün ciddi problem yaratdığını bildirib: “Bunlar həqiqətən ağrılı itkilərdir. Kiçik ölkədə hər bir itki böyük futbolçu ehtiyatına malik ölkələrlə müqayisədə iki-üç dəfə daha çox hiss olunur”.
Bununla belə, Fünfştük yaranmış vəziyyətin digər oyunçular üçün fürsət olduğunu vurğulayıb.
Heyətdə ilk dəfə 19 yaşlı müdafiəçi Yonas Abidi yer alıb. “Vaduts-2” klubunun futbolçusu Lixtenşteyn Futbol İttifaqının müntəzəm məşqlərindəki çıxışı və inkişafı ilə məşqçilər korpusunun diqqətini cəlb edib.
Fünfştük gənc futbolçunun inkişafını yüksək qiymətləndirib: “O, çox böyük inkişaf yolu keçib, özü üzərində çox işləyib, çox məşq edib və Lixtenşteyn Futbol İttifaqının təklif etdiyi imkanlardan həqiqətən yararlanıb. Buna görə də Yonasın indi bu rola daxil olmasına sevinirik”.
Bundan başqa, uzun müddət çarpaz bağ zədəsi səbəbindən yaşıl meydanlardan kənarda qalan qapıçı Tim-Tyado Öhri də yenidən milliyə dəvət alıb.
Baş məşqçi onun dönüşünü belə şərh edib: “O, geri qayıtmaq üçün çox əziyyət çəkib. Tim-Tyadonun yenidən heyətə düşməsinə və komandanın sıralarına qayıtmasına sevinirik”.
Fünfştük Azərbaycan və Litva ilə əvvəlki qarşılaşmalardakı çıxışları təkrarlamaq istədiklərini söyləyib: “Düşünürəm ki, həm Litva ilə, həm də Azərbaycanda çox yaxşı oyun keçirdik. Hamımızın arzusu və ümidi budur ki, bu il qazandığımız 4 xala daha bir neçə xal əlavə edə bilək. Bu, ilin əla yekunu olardı”.
Lixtenşteyn millisinin Azərbaycan və Litva ilə oyunlar üçün heyəti:
Qapıçılar: Benjamin Büxel (“Vaduts”), Castin Ospelt (klubsuz), Tim-Tyado Öhri (“Vaduts”)
Müdafiəçilər: Yonas Abidi (“Vaduts”), Niklas Bek (“Baltsers”), Maksimilian Göppel (“Frayenbax”, İsveçrə), Yens Hofer (“Düdingen”, İsveçrə), Andreas Malin (“Göfis”, Avstriya), Livio Meyer (“Eşen Mauren”), Severin Şlegel (“Baltsers”)
Yarımmüdafiəçilər: Florian Allqoyer (“Ruggell”), Luka Bek (“Kastrense”, Portuqaliya), Marsel Büxel, Alessio Hasler (“Illertissen”, Almaniya), Nikolas Hasler (“Vaduts”), Liam Krants (“Eşen Mauren”), Andrin Netser (“Dornbirn”, Avstriya), Aron Sele (“Yuventus”, İsveçrə), Emanuel Sünd (“Muttents”, İsveçrə)
Hücumçular: Alessandro Lo Russo (“Eşen Mauren”), Fabio Lukye Notaro (“Baltsers”), Bruno Poitner (“Fellbax”, Almaniya), Ferhat Sağlam (“Ruggell”).



No Comment! Be the first one.