"Turan Tovuz"un futbolçusu qol vurdu və zədələndi - VİDEO
“Turan Tovuz”un futbolçusu Roderik Miller zədələnib.
Sportify.az xəbər verir ki, panamalı müdafiəçi səfərdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XI tur matçının 83-cü dəqiqəsində ayağında ağrılar hiss edib.
Topsuz vəziyyətdə yerə yıxılaraq, tibbi müdaxiləyə ehtiyac duyan 34 yaşlı legionerə ilkin yardım göstərilib. Lakin o, oyunu davam etdirə bilməyib.
Millerin əvəzinə meydana Rahil Məmmədov daxil olub.
Qeyd edək ki, oyun “Turan Tovuz”un qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 80-ci dəqiqədə məhz Roderik Miller vurub.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.