“Neftçi”dən əzmkar qələbə
Kişi voleybolçularının Super Liqasında III turun son iki qarşılaşması keçirilib.
Sportify.az xəbər verir ki, günün ilk matçında “Gənclər” komandası “Xilasedici” ilə üz-üzə gəlib. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan görüş “Xilasedici”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər oyununda isə “Murov Az Terminal” və “Neftçi” komandaları qarşılaşıblar. GİN-in Voleybol Mərkəzində keçirilən gərgin və maraqlı matçda “Neftçi” rəqibini 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, Super Liqada IV tura noyabrın 11-də start veriləcək.
6 noyabr
Oyun nəticələri
Super Liqa (Kişilər)
III tur
“Gənclər” – “Xilasedici” 0:3 (15:25, 16:25, 10:25)
“Murov Az Terminal” – “Neftçi” 2:3 (25:21, 21:25, 25:22, 12:25, 11:15)



No Comment! Be the first one.