Dakar-2026: Çin medal sıralamasında liderdir
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yeddinci yarış gününə yekun vurulub.
Sportify.az xəbər verir ki, günü medalsız başa vuran Azərbaycan komandası hazırda medal siyahısının 25-ci pilləsində qərarlaşıb. Siyahıya 9 qızıl, 3 gümüş və 2 bürünc medalla Çin Xalq Respublikasının komandası liderlik edir. Yaponiya komandası 8 qızıl, 2 gümüş, 4 bürünc medalla ikinci, Rusiya millisi isə 4 qızıl, 2 gümüş medalla üçüncü pillədədir. Aktivində 4 qızıl, 1 bürünc medal olan Misir dördüncü, 2 qızıl və 3 gümüş medal qazanan Xorvatiya komandası isə beşinci pillədə yer alır.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində hazırda 1 qızıl medal var. Yeganə medalı komandamıza cüdo yarışlarında -55 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Talıbov qazandırıb.
Noyabrın 13-dək davam edəcək Oyunlarda 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın gənc idmançı mübarizə aparır. Azərbaycan komandası olimpiadada 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.



No Comment! Be the first one.