De Zerbi “Tottenhem”in bu mövsüm üçün hədəfindən danışdı
İngiltərə klubu “Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasının 10-cu turunda “Lids Yunayted”lə oyunöncəsi komandasının cari mövsüm üçün məqsədləri barədə danışıb.
Sportify.az xəbər verir ki, italiyalı mütəxəssis avrokuboklara vəsiqə qazanmağın əsas hədəf olub-olmadığı ilə bağlı suala belə cavab verib:
“Bizim çoxsaylı hədəflərimiz var. Lakin hazırda düşünmürəm ki, oyunlar arasında bu qədər kəskin dəyişikliklər edə bilək. Hazırda xüsusi bir şeyin təməlini qoyduğumuzu düşünürəm. Bu, həm paltardəyişmə otağındakı atmosferə, həm də formalaşdırdığımız oyun üslubuna aiddir.
Futbolçular mövsümün əvvəlindəki ilə müqayisədə xeyli yaxşı oynamağa başlayıblar. Yalnız oyunçuların fərdi keyfiyyətlərinə güvənərək də matçlar qazanmaq mümkündür. Ancaq biz bu prosesə cəmi üç həftə əvvəl başlamışıq. Həmin vaxt istənilən hədəfi qarşımıza qoya bilərdik. İndi isə nəyisə ciddi şəkildə dəyişməyin vaxtı deyil”.
De Zerbinin sözləri London klubunun rəsmi saytında dərc olunub.



No Comment! Be the first one.