Dünya çempionatında daha bir medal
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb.
Sportify.az xəbər verir ki, tamblinq üzrə fərdi proqramda mübarizə aparan Tofiq Əliyev final mərhələsində 29.700 xal toplayıb və gümüş medal qazanıb.
Bu nəticə Tofiq Əliyevin karyerasında xüsusi əhəmiyyət daşıyır. O, fərdi proqramda ilk dəfə Dünya çempionatının gümüş medalına sahib olub.
Gərgin mübarizə şəraitində keçən finalda Portuqaliya təmsilçisi Vasco Peso qızıl medal qazanıb, ABŞ təmsilçisi Kaden Brown isə üçüncü pillədə qərarlaşıb.



No Comment! Be the first one.