Xorxe Silva: "Turan Tovuz"da olmağımdan qürur duyuram - MÜSAHİBƏ
“Turan Tovuz”un futbolçusu Xorxe Silvanın səfərdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XI tur matçından sonra Sportify.az-a müsahibəsi
– Oyun barədə təəssüratlarınız necədir?
– Çox çətin oyun idi, o cümlədən komanda da çətin idi. Lakin düşünürəm ki, biz yaxşı müdafiə olunduq, həmişə əks hücumlara keçirdik. Bu komanda ilə fəxr edirəm, bu gün etdiklərimizlə qürur duyuram.
– Bu, sizin ardıcıl ikinci qələbənizdir. Premyer Liqada ikinci qələbənizi qazandınız. Bu oyundan əvvəl isə çətin rəqiblərdən biri olan ‘Sabah’ı məğlub etdiniz. Bu iki qələbədən sonra özünüzü necə hiss edirsiniz?
– Bu cür komandalara qarşı qazanılan qələbələr bizim üçün çox vacibdir. Çünki biz də ən yaxşı komandalar arasında olduğumuzu sübut etmək istəyirik. Bu, bizim üçün çox önəmlidir.
– Sizcə, bu qələbə çempionluq mübarizəsinə qoşulmaq şanslarınızı artırırmı?
– Biz hər oyuna və hər günə mübarizə əzmi ilə yanaşırıq. Mövsümün sonunda nəyə nail olacağımızı görəcəyik.
– Çempionluq mübarizəsində bu oyun sizə növbəti oyunlarda motivasiya verəcək?
– Biz hər zaman motivasiyalı oluruq, hər oyuna yüksək əhval-ruhiyyə ilə çıxırıq. İndi isə oyundan-oyuna baxacağıq.



No Comment! Be the first one.