Militaodan Vinisiusa dəstək
İspaniya klubu “Real Madrid”in müdafiəçisi Eder Militao komanda yoldaşı Vinisius Juniora dəstək olub.
Sportify.az xəbər verir ki, braziliyalı futbolçu mövsümün əvvəlində məhsuldarlıq baxımından çətinlik yaşayır.
“Vinisius komandamız üçün çox vacib futbolçudur. Düşünürəm ki, uğursuzluq zolağı lazımı məqamda başa çatacaq. O, daha güclü qayıdacaq”, – deyə Militao “TNT Sports Brasil”ə müsahibəsində bildirib.
Vinisius avqustun 26-dan bəri “Real Madrid”in heyətində qol vura bilmir. O, cari mövsümdə bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu İspaniya çempionatının bəzi oyunlarını dörd matçlıq diskvalifikasiya səbəbindən buraxsa da, Çempionlar Liqasında meydana çıxmaq imkanını saxlayıb.



No Comment! Be the first one.