Voleybol həftəsi: Tovuzda başlayır, Gəncədə bitir
Azərbaycan voleybol komandalarının iştirakı ilə qarşıdakı həftə ərzində keçiriləcək oyunların təqvimi açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, ilk qarşılaşma noyabrın 10-da Tovuz Olimpiya İdman Kompleksində olacaq.
“Turan” və Bolqarıstan “Maritsa”sı arasında təşkil olunacaq qadınlar arasında Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması saat 18:00-da start götürəcək.
Digər oyunların proqramı:
11 noyabr
Super Liqa (Kişilər)
IV tur
17:00. “Neftçi” – “AZERRAIL”
FHN-nin idman zalı
CEV Çelenc Kuboku (Kişilər)
1/32 final mərhələsi, ilk oyun
22:30. “Forde VBK” – “ORDU”
Forde, Norveç
CEV Çempionlar Liqası (Kişilər)
II təsnifat mərhələsi, cavab oyunu
23:30. “Sporting CP Lisboa” – “Xilasedici”
Lissabon, Portuqaliya
12 noyabr
Super Liqa (Qadınlar)
II tur
16:00. “AZERRAIL” – “Milli Aviasiya Akademiyası”
GİN-in Voleybol Mərkəzi
13 noyabr
Super Liqa (Qadınlar)
I tur (təxirə salınan oyun)
16:00. UNEC – “DH Volley”
UNEC VK-nin idman zalı
14 noyabr
Super Liqa (Qadınlar)
II tur
16:00. “Gəncə” – “Naxçıvan”
Gəncə İdman Sarayı.



No Comment! Be the first one.