“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
Misli Premyer Liqasının XI turu “Araz-Naxçıvan”ın futbolçusu Ülvi İsgəndərov üçün əlamətdar olub.
Sportify.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İsgəndərov turnirdə 200-cü matçını keçirib.
Onun yubileyi “Şəfa” ilə səfər görüşünə (2:2) təsadüf edib. 29 yaşlı hücumçu bu qarşılaşmalarda 25 qola imza atıb.
Debütü 2017/2018 mövsümündə gerçəkləşən futbolçu 3 klubun formasını geyinib. “Sumqayıt”da 18 (3 qol), “Qəbələ”də 118 (17 qol) dəfə meydana çıxan İsgəndərov indiki klubunda 64 dəfə (5 qol) şans qazanıb.
Qeyd edək ki, Ülvi İsgəndərov çempionatın yüksək dəstəsində 200 və daha çox oyun keçirən 165-ci futbolçudur.



No Comment! Be the first one.