Şahrudinin 100-cü oyunu
Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev “Qarabağ”ın heyətində 100-cü Premyer Liqa matçına çıxıb.
Sportify.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiperin yubileyi “Turan Tovuz”la ev oyununa təsadüf edib.
Misli Premyer Liqasının XI turunda qolkiperin komandası 0:1 hesabı ilə uduzub.
Məhəmmədəliyev “Qarabağ”da 2016/2017 mövsümündə debüt edib. O, 11 mövsümdə 54 qol buraxıb.
Qeyd edək ki, Şahrudin Məhəmədəliyev yüksək liqa tarixində eyni komandada 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.



No Comment! Be the first one.