Güləşçilərimiz olimpiadaya qələbələrlə başladı
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın daha iki çimərlik güləşçisi mübarizəyə qoşulub.
Sportify.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Tunar Quliyev A qrupundakı ilk görüşdə Yeni Zelandiya təmsilçisi Vairangi Sarcentə, ikinci qarşılaşmada isə anqolalı Diasivi Reanatoya qalib gəlib.
Quliyevin qrup mərhələsində sonuncu rəqibi Puerto-Riko təmsilçisi Joab Cabril Karilyo Rodriges olacaq.
90 kq çəki dərəcəsində mübarizə aparan Elgün Kərimli isə B qrupunda əvvəlcə Moldova təmsilçisi Artiom Kakeanı, ardınca Mərakeşdən olan Nour Qannamı məğlub edib. Kərimli qrup mərhələsində son görüşünü Braziliya təmsilçisi Allan Smit di Souza Beserraya qarşı keçirəcək.
Hər iki güləşçi qrupun son qarşılaşmasında qələbə qazanacağı təqdirdə yarımfinala vəsiqə əldə edəcək.



No Comment! Be the first one.