Noyer ən azı yanvara qədər oynamayacaq
Almaniya təmsilçisi “Bavariya”nın qapıçısı Manuel Noyer aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Sportify.az xəbər verir ki, 40 yaşlı qolkiper Bundesliqanın 9-cu turunda “Maynts”la keçirilən və 2:1 hesabı ilə başa çatan qarşılaşmanın ilk hissəsinin sonlarında zədələnib. Münhen təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, futbolçunun sağ ayağındakı vətərində qismən yırtıq aşkarlanıb. Onu matçda Jonas Urbiq əvəzləyib.
Noyerin ən azı ilin sonuna qədər meydana çıxa bilməyəcəyi bildirilir.
Qeyd edək ki, təcrübəli qapıçı “Maynts”la görüşdə “Bavariya” tarixində Bundesliqada forma geyinən ən yaşlı futbolçu olub. O, 40 yaş 225 günündə meydana çıxaraq Bernd Dreherə məxsus (40 yaş 198 gün) rekordu yeniləyib.
Manuel Noyer cari mövsüm Bundesliqada 9 matçda iştirak edib. O, bu görüşlərdə 6 qol buraxıb, 4 qarşılaşmada isə qapısının toxunulmazlığını qoruyub.



No Comment! Be the first one.