Murad Məmmədov Kiprdə növbəti oyununa çıxdı
Kipr Superliqasında 9-cu turun qarşılaşmaları keçirilib.
Sportify.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun formasını geyindiyi “Pafos” doğma meydanda “Omoniya 29 May”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Məmmədov görüşün 59-cu dəqiqəsində meydana daxil olub. Həmin vaxtadək komandası bütün qollarını vurmuşdu.
Qeyd edək ki, “Pafos” 16 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır.



No Comment! Be the first one.