"Atletiko" "Barselona"ya uduzdu - VİDEO
“Barselona” İspaniya La Liqasının 12-ci turunda səfərdə “Atletiko”nu məğlub edib.
Sportify.az xəbər verir ki, Madrid şəhərindəki “Riyad Air Metropolitano” stadionunda keçirilən qarşılaşma Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Barselona” cari mövsüm La Liqada keçirdiyi altı səfər oyununun hamısında qalib gəlib.
Kataloniya klubu bundan əvvəl səfərdə “Elçe”ni (5:0), “Valensiya”nı (5:0), “Levante”ni (4:2), “Sevilya”nı (3:1) və “Betis”i (5:2) məğlub edib.
12 turdan sonra 33 xalla “Barselona” turnir cədvəlinə başçılıq edir. 30 xalı olan “Real Madrid” ikinci, 28 xal toplamış “Atletiko” isə üçüncü pillədə qərarlaşıb.



No Comment! Be the first one.