“Qırmızı şeytanlar”ın yeni hədəfi
İngiltərə klubu “Mançester Yunayted” “Nottinqem Forest”in müdafiəçisi Murilyoya marağını davam etdirir.
Sportify.az xəbər verir ki, İngiltərə təmsilçisi 2027-ci ilin yayında braziliyalı futbolçunu transfer etmək üçün cəhd göstərə bilər. Bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Nottinqem Forest” 24 yaşlı müdafiəçi üçün yüksək məbləğdə təklif alacağı təqdirdə onun satışına razılıq verə bilər. Xüsusilə komanda 2026/2027 mövsümünü Premyer Liqanın aşağı pillələrində başa vurarsa, klubun mövqeyini dəyişməsi mümkündür.
2030-cu ilin yayına qədər müqaviləsi olan Murilyo “Forest”in müdafiə xəttinin əsas oyunçularından biridir. Bununla belə, braziliyalının cari mövsümdə çıxışı sabit olmayıb. O, 11 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.
“Mançester Yunayted” uzun müddətdir futbolçunu izləyir və onu müdafiənin mərkəzini gücləndirmək üçün potensial transfer hədəfi hesab edir.
Qeyd edək ki, “Nottingem Forest” daha əvvəl Murilyonu satmaqdan imtina edib və “Çelsi”nin təkliflərini qəbul etməyib. Klub braziliyalı müdafiəçinin transfer qiymətini 84-96 milyon avro arasında müəyyənləşdirib. Bu səbəbdən onun qış transfer pəncərəsində keçidi real görünmür, lakin yayda razılaşma mümkündür.
“Transfermarkt” portalı isə Murilyonun bazar dəyərini 50 milyon avro qiymətləndirir.



No Comment! Be the first one.