“Zəfər Kuboku” başa çatdı
Yorğa qaçışları üzrə “Zəfər Kuboku” turniri keçirilib.
Sportify.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə, yarış möhtəşəm konsert proqramı ilə başlayıb. Ardınca Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları Azərbaycan bayrağını və “Zəfər Günü”nün simvolu olan 44 rəqəmini möhtəşəm fləşmobla nümayiş etdiriblər.
Sonra qaçışda iştirak edən çaparların paradı olub və yarışlar başlayıb. Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş budəfəki turnirdə start xəttinə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 80-ə qədər atlı çıxıb. Onlar 1200-3200 metr məsafə aralığında olan 14 kateqoriya üzrə mübarizə aparıblar. 1400 metr məsafəyə yarışda Bakı çaparı, “Karatay” atının jokeyi Murad Həsənli qalib gəlib. Gəncəli Xəlil Allahverdiyevin “Kabus” yorğası 1600 metr məsafədə birinci olub. 1650 metr məsafəyə qaçışda isə Xocalıdan gəlmiş Vaqif Abdurəhmanovun “Cəllad” atına çatan tapılmayıb. Qalan məsafələrə qaçışların nəticələri hakimlər kollegiyası tərəfindən xüsusi video müşahidələr vasitəsilə bir daha təhlil olunacaq və nəticələr açıqlanacaq.
Əlavə edək ki yorğa qaçışları üzrə mövsümə noyabrın 10-da keçiriləcək Baş yarışla yekun vurulacaq.



No Comment! Be the first one.