Mbappe Fransa millisinin məşqində iştirak etmədi
“Real Madrid”in hücumçusu Kilian Mbappe Fransa millisinin İtaliya ilə Millətlər Liqası matçı öncəsi son məşqinə qatılmayıb.
Sportify.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Bu gün 27 yaşlı futbolçu komandanın Milana yola düşməzdən əvvəl Klarefontendə keçirdiyi son məşqdə meydana çıxmayıb. Mbappe bərpa prosedurlarına üstünlük verib.
Onun İtaliya ilə qarşılaşmada iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, fransalı hücumçu sentyabrda Türkiyə ilə Millətlər Liqası matçında (1:0) sol dizindən zədə alaraq millinin düşərgəsini vaxtından əvvəl tərk etmişdi.
Fransa millisi dörd turdan sonra 10 xalla Millətlər Liqasının A1 qrupunda liderdir. Komanda noyabrın 12-də Milanda İtaliya ilə qarşılaşacaq, noyabrın 15-də isə Bordoda Türkiyəni qəbul edəcək.



No Comment! Be the first one.