“AZERRAIL” “Neftçi”ni məğlub etdi
Kişi voleybolçuların Super Liqasında IV turun oyunu keçirilib.
Sportify.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan qarşılaşmada “Neftçi” və “AZERRAIL” komandaları üz-üzə gəlib. Görüş “AZERRAIL”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər qarşılaşmaları isə təxirə salınıb. Belə ki, “ORDU” – “Gənclər” və “Murov Az Terminal” – “Xilasedici” oyunları komandaların avrokuboklarda iştirakı ilə əlaqədar başqa vaxta keçirilib. Həmin görüşlərin keçiriləcəyi tarix barədə yaxın günlərdə məlumat veriləcək.
11 noyabr
Super Liqa (kişilər)
IV tur
“Neftçi” – “AZERRAIL” 1:3 (18:25, 25:22, 21:25, 17:25)
Məkan: FHN-nin idman zalı
















No Comment! Be the first one.