Azərbaycan karateçiləri Tbilisidə 23 medal qazandılar – FOTOLAR
Azərbaycan idmançıları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi Open-2026” beynəlxalq turnirində uğurlu nəticəyə imza atıblar.
Sportify.az xəbər verir ki, noyabrın 14-15-də təşkil olunan WKF karate yarışı 7 ölkədən 600 idmançının iştirakı ilə baş tutub.
Azərbaycan Karate Federasiyasının təmsilçiləri turniri 9 qızıl, 2 gümüş və 12 bürünc olmaqla, ümumilikdə 23 medalla başa vurublar.
Qızıl medal qazananlar:
Cansu Əhmədzadə – 18-20 yaş, -61 kq
Elton Əliyev – 16-17 yaş, -68 kq
Zəhra Məmmədzadə – 10-11 yaş, +40 kq
Zəhra Məmmədzadə – kata
Nilufər Əliyeva – 10-11 yaş, -35 kq
Vahid Həsənov – böyüklər, +84 kq
Nihat Cəbrayılov – 8-9 yaş, +38 kq
Anar Əlizadə – 16-17 yaş, +70 kq
Əli Eynalov – kata
Gümüş medal qazananlar:
İqbal Şahverdiyev – 12-13 yaş, -45 kq
Yunis Orucov – 12-13 yaş, +55 kq
Bürünc medal qazananlar:
Aylin Əskərova – 14-15 yaş, -47 kq
Röyal Babayev – 10-11 yaş, -35 kq
Ramal Babayev – 8-9 yaş, -25 kq
Mövsüm Babayev – 6-7 yaş, -23 kq
Hacıəli Vəlizadə – böyüklər, -84 kq
Emil Kazımzadə – 8-9 yaş, -30 kq
Yəhya Mahmudzadə – 14-15 yaş, +70 kq
Qorxmaz Səfərəli – 14-15 yaş, -63 kq
Əziz Əhmədli – 14-15 yaş, -63 kq
Ziya Süleymanlı – 10-11 yaş, -30 kq
Əbülfəz Rəfiyev – 16-17 yaş, -61 kq
Əhəd Manafov – 12-13 yaş, -45 kq
Qeyd edək ki, Azərbaycan komandası turnirdə iki məşqçi və iki hakimlə təmsil olunub. İdmançıları Bəşir Mahmudov və İbrahim Heydərov müşayiət ediblər. Mehman Əlirzayev və Murad Hacızadə isə yarışda hakim kimi fəaliyyət göstəriblər.
Azərbaycan nümayəndə heyətinə Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edib.




















No Comment! Be the first one.