Marko Yankoviçdən məhsuldar ötürmə, Monteneqro qələbə qazandı
“Qarabağ”ın futbolçusu Marko Yankoviçin də formasını geyindiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti qarşılaşmasını keçirib.
Sportify.az xəbər verir ki, doğma meydanda Latviyanı qəbul edən Monteneqro yığması rəqibini 2:1 hesabı ilə məğlub edib.
Yankoviç matça start heyətində başlayıb və qarşılaşmanın sonunadək meydanda olub. O, 70-ci dəqiqədə Nikola Krstoviçin hesabı açdığı qolda künc zərbəsindən məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Monteneqro millisi qrupda 13 xalla liderlik edir.



No Comment! Be the first one.