“Neftçi”nin legioneri millidə qələbə qazandı
“Neftçi”nin yarımmüdafiəçisi Sessi Almeydanın çıxış etdiyi Benin millisi Afrika Millətlər Kubokunda növbəti oyununu keçirib.
Sportify.az xəbər verir ki, Benin yığması Mərkəzi Afrika Respublikası ilə qarşılaşıb. Görüş Benin millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Sessi Almeyda matça start heyətində başlayıb və 84-cü dəqiqəyədək meydanda olub.
Qeyd edək ki, Benin millisi 3 turdan sonra topladığı 7 xalla qrupda liderdir.


No Comment! Be the first one.