“Xilasedici” komandasının rəqibi dəqiqləşdi
Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandasının CEV Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportify.az xəbər verir ki, bu, Sloveniya təmsilçisi “ACH Volley Lyublyana”dır.
İlk görüş evdə, cavab oyunu səfərdə olacaq. Hələlik oyunların tarixi bəlli deyil.
Qeyd edək ki, “Xilasedici” II təsnifat mərhələsində Portuqaliya “Sportinq”ini, “Lyublyana” isə Niderlandın “Orion Stars Doetinchem” komandasını üstələyib.



No Comment! Be the first one.