Adil Kazımlı: Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm
“Dakar-2026 karyeramın ən yaddaqalan yarışlarından biri olacaq”
Sportify.az xəbər verir ki, bu sözləri Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanan taekvondoçumuz Adil Kazımlı Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində müsahibəsində deyib.
O qeyd edib ki, Yeniyetmələrin Olimpiya Oyunlarında çıxışı əlamətdar bir tarixlə yadda qalacaq: “Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının keçirildiyi vaxt biz Zəfər günümüzü qeyd edirdik. Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm”.



No Comment! Be the first one.