Maldera Kaşukun Ukrayna millisindəki debütünü dəyərləndirdi
Ukrayna millisinin baş məşqçisi Andrea Maldera Aleksey Kaşukun yığmada debütü barədə fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, mütəxəssis Millətlər Liqasının V turunda Şimali İrlandiya ilə oyundan (0:1) sonra “Qarabağ”ın futbolçusunun çıxışını dəyərləndirib:
“Kaşuk öz klubunda da təxminən eyni mövqedə çıxış edir. Debütünü nəzərə alsaq, o, kifayət qədər yaxşı oyun nümayiş etdirdi. Hətta təşəbbüsü üzərinə götürdüyü iki epizodda qol vurmaq üçün iki imkan yarada bildi”.
Maldera “Qarabağ”ın futbolçusunun müdafiənin cinahında oynamasına da aydınlıq gətirib: “Onun beşli müdafiədə cinah müdafiəçisi (vingbek) kimi çıxış etməsinə gəlincə, biz rəqibin boşluqları az olan mərkəzi müdafiə blokunu yarmağa çalışırdıq. Bəzən buna nail olduq, bəzən isə yox. Lakin düşünmürəm ki, yaranan problemlər məhz taktiki sxemdən qaynaqlanırdı. Biz çox az risk etdik və oyun əsasən fərdi qarşıdurmalar, təkbətək mübarizələr üzərində cəmləşmişdi”.
Qeyd edək ki, Ukrayna millisi Millətlər Liqasının V turunda səfərdə Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olub.



No Comment! Be the first one.