Futbolçu top zərbəsindən öldü
Argentinanın “Eseysa” klubunun gənclər komandasının futbolçusu Abel Nunyes matç zamanı başına top dəydikdən sonra xəstəxanada dünyasını dəyişib.
Sportify.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
Hadisə gənclər arasında keçirilən turnirin beşinci divizionunda “Eseysa” və “Deportivo Munyes” komandaları arasındakı görüşdə baş verib. 18 yaşlı futbolçunun başına oyun zamanı top dəyib. Ona meydanda ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.
Həkimlərin keçirdiyi əməliyyata baxmayaraq, futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
“Eseysa” klubu Abel Nunyesin vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına, dostlarına və komanda yoldaşlarına başsağlığı verib. Rəsmi açıqlamada futbolçunun komandanın vacib üzvlərindən biri olduğu və klubun yaddaşında daim yaşayacağı bildirilib.
Klub rəhbərliyi mərhum futbolçunun ailəsinə hərtərəfli dəstək göstərəcəyini də bəyan edib.


No Comment! Be the first one.