Estoniyadan azlıqda qələbə, Almaniya və İsveçrədən darmadağın – YENİLƏNDİ
UEFA Millətlər Liqasında VI turun daha 10 görüşü keçirilib.
Sportify.az xəbər verir ki, A Liqasında 2-ci qrupun oyunlarında Almaniya millisi Niderlandı 5:0, Yunanıstan Serbiyanı 1:0 hesabı ilə məğlub edib.
Beləliklə, Almaniya, Niderland və Yunanıstan hərəyə 11 xalla qrupda ilk 3 yeri tutub. Xalsız Serbiya isə sonuncu olub.
Bununla da Türkiyə millisi daha mənfi saldoya malik olduğu üçün B Liqasına düşüb.
B Liqasında İsveçrə 1-ci, C Liqasında Slovakiya 3-cü, İslandiya 4-cü qrupun qalibi olub.
D Liqasında isə Malta 1-ci, Azərbaycan 2-ci qrupun qalibi olub. Lakin daha üstün top fərqinə görə Malta pley-offa vəsiqə qazanıb.
UEFA Millətlər Liqası, VI tur
16 noyabr
A Liqası
2-ci qrup
23:45. Almaniya – Niderland – 5:0
Qollar: Derri Şerhant, 41. Florian Virts, 60; 71. Niko Şlotterbek, 65. Brayan Qruda, 78
23:45. Yunanıstan – Serbiya – 1:0
Qol: Giorqos Masuras, 69
Xal durumu: Almaniya – 11, Niderland – 11, Yunanıstan – 11, Serbiya – 0
B Liqası
1-ci qrup
23:45. Şimali Makedoniya – Sloveniya – 0:3
Qollar: Daniel Şturm, 29; 90+1. David Zets, 66
23:45. İsveçrə – Şotlandiya – 4:0
Qollar: Luis Ferqyuson, 22 (öz qapısına). Uinsli Boteli, 47. Alvin Sanşeş, 51. Zeki Amduni, 89
Xal durumu: İsveçrə – 16, Sloveniya – 11, Şotlandiya – 7, Şimali Makedoniya – 0
C Liqası
3-cü qrup
19:00. Farer adaları – Moldova – 1:0
Qol: Aki Samuelsen, 24
19:00. Qazaxıstan – Slovakiya – 2:2
Qollar: İslam Çesnokov, 29. Yan Voroqovski, 65 – Robert Bojenik, 56. Adrian Kapralik, 90+5
Xal durumu: Slovakiya – 12, Farer adaları – 8, Moldova – 7, Qazaxıstan – 3
4-cü qrup
21:00. Estoniya – Bolqarıstan – 2:1
Qollar: Patrik Kristal, 8. Kevor Palumets, 60 – Svetoslav Kovaçev, 45+1
Qırmızı vərəqə: Karel Mustmaa, 90+1 (Estoniya)
21:00. İslandiya – Lüksemburq – 3:0
Qollar: Brünyolfur Villümsson, 25. Andri Qudyonsen, 37 (pen.). Mikael Egill Ellertsson, 50
Xal durumu: İslandiya – 14, Estoniya – 12, Bolqarıstan – 4, Lüksemburq – 3
D Liqası
1-ci qrup
23:45. Cəbəllütariq – Malta – 1:1
Qollar: Karlos Riçards, 81 – Kurt Şou, 19
Xal durumu: Malta – 8, Andorra – 4, Cəbəllütariq – 3
2-ci qrup
21:00. Litva – Lixtenşteyn – 2:1
Qollar: Eligiyus Yankauskas, 16. Manfredas Ruzgis, 50 (pen.) – Aron Zele, 60
Xal durumu: Azərbaycan – 8, Litva – 7, Lixtenşteyn – 1.


No Comment! Be the first one.