Malta millimizin Avropa yolunu bağladı
UEFA Millətlər Liqasının D Liqasında Azərbaycan millisi üçün önəmli oyun olub.
Sportify.az xəbər verir ki, Cəbəllütariq Maltanı qəbul edib.
Bu matçda meydan sahiblərinin qələbə qazanması Azərbaycan yığmasının Avropa çempionatına yolunu aça bilərdi. Çünki Azərbaycan D Liqasında 2-ci qrupu lider tamamlayıb. Ümumi göstəricilərdə 1-ci qrupun liderini də geridə qoymaqla yığma pley-offa vəsiqə qazana bilərdi.
Amma 1-ci qrupda olan Malta millisi səfərdə Cəbəllütariqlə 1:1 hesablı heç-heçə etdiyi üçün millinin bu şansı puç olub. Beləliklə, Azərbaycan millisi Avropa çempionatına vəsiqə şansından məhrum olub.



No Comment! Be the first one.