Türkiyə millisi B Liqasına düşdü
Türkiyə milli komandası UEFA Millətlər Liqasının A Liqasında mübarizəni başa vuraraq B Liqasına düşüb.
Sportify.az xəbər verir ki, “ay-ulduzlular” Fransa, İtaliya və Belçika ilə birlikdə yer aldığı A Liqasının I qrupunda keçirdiyi 6 oyunun hamısında məğlub olub.
Nəticədə qardaş ölkə millisi 0 xalla və -11 top fərqi ilə sonuncu yeri tutub.
A Liqasının dörd qrupunda sonuncu yeri tutan komandalar arasında ən zəif göstəricilərə malik iki kollektiv birbaşa B Liqasına düşür. Digər iki komanda isə A Liqasında qalmaq üçün pley-off mərhələsində mübarizə aparır.
Türkiyənin aşağı liqaya düşməsi Yunanıstanın Serbiyaya 1:0 hesabı ilə qalib gəlməsindən sonra rəsmiləşib. Bu nəticə ilə Serbiya və Uels pley-off oynamaq hüququ qazanıb.
Qeyd edək ki, A Liqasının qrup sonuncuları arasında Türkiyə və Çexiya -11 top fərqi ilə yer alıb. Lakin vurulan qolların sayında Çexiyadan üstün olan Türkiyə ilə müqayisədə çexlərin B Liqasına düşməsi artıq əvvəlcədən dəqiqləşmişdi.
Son sıralamada Uels 3 xalla (-5), Serbiya (-8), Türkiyə və Çexiya isə 0 xalla (-11) qərarlaşıb.


No Comment! Be the first one.