Millimiz İslandiyaya böyük fərqlə uduzdu – YENİLƏNDİ
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi FIBA Avropa çempionatı-2029-un ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportify.az xəbər verir ki, A qrupunda mübarizə aparan komanda 3-cü tur çərçivəsində İslandiya yığması ilə üz-üzə gəlib. Meydan sahibləri böyük fərqlə – 129:41 hesabı ilə qalib gəliblər.
Hafnarfyordur şəhərində təşkil olunan qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürüb. Görüşü “İdman TV” canlı yayımlayıb.
Qeyd edək ki, İoannis Diamantakosun rəhbərlik etdiyi Azərbaycan millisi qrupdakı ilk matçında noyabrın 11-də İsveçrəyə 33:84, ikinci görüşündə isə İrlandiyaya 73:91 hesabı ilə məğlub olub. Yığma növbəti oyunlarını 2027-ci ildə keçirəcək.
FIBA Avropa çempionatı-2029
A qrupu, 3-cü tur
17 noyabr
23:30. İslandiya – Azərbaycan 129:41
Hafnarfyordur, “Asvellir” İdman Kompleksi


No Comment! Be the first one.