CEV Çelenc Kuboku: "ORDU" cavab oyununa çıxır - YENİLƏNİR
Kişi voleybolçulardan ibarət komandaların CEV Çelenc Kubokunun 1/32 final mərhələsi davam edir.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi “ORDU” bu gün revanş matçında Norveçin “Forde VBK” klubu ilə qarşılaşacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək oyunun start fiti saat 19:00-da səslənəcək.
Xatırladaq ki, səfərdə keçirilən ilk matçda “ORDU” 3:0 (25:11, 25:17, 25:19) hesabı ilə qalib gəlib.



No Comment! Be the first one.