Çempionlar Liqası: Komandamız Sloveniya klubuna qarşı - YENİLƏNİR
Bu gün kişi voleybolçulardan ibarət komandaların CEV Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçları keçiriləcək.
Sportify.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Xilasedici” komandası Sloveniyanın “ACH Volley Lyublyana” klubu ilə qarşılaşaca.
Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək oyun saat 18:00-da başlanacaq.
Komandaların revanş matçı noyabrın 26-da Sloveniyanın Lyublyana şəhərində baş tutacaq.
Xatırladaq ki, “Xilasedici” ötən mərhələdə Portuqaliyanın “Sportinq” klubuna qalib gəlmişdi.
CEV Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun
“Xilasedici” (Azərbaycan) – “ACH Volley Lyublyana” (Sloveniya)



No Comment! Be the first one.