“Lids” “Çelsi”ni Londonda darmadağın etdi
İngiltərə Premyer Liqasının 11-ci turunda “Çelsi” doğma meydanda “Lids Yunayted”ə 1:4 hesabı ilə məğlub olub.
Sportify.az xəbər verir ki, “Stemford Bric” stadionunda keçirilən qarşılaşmanı Maykl Oliver idarə edib.
Matçın 24-cü dəqiqəsində Emmanuel Emeqa “Çelsi”ni hesabda önə çıxarıb. Lakin üç dəqiqə sonra Noa Okafor tarazlığı bərpa edib. 53-cü dəqiqədə Dominik Kalvert-Lyuin penaltidən fərqlənərək qonaqları önə keçirib. 58-ci dəqiqədə isə Okafor dublunu rəsmiləşdirib. Brenden Aaronson 90+1-ci dəqiqədə oyunun yekun hesabını müəyyənləşdirib – 4:1.
Bu qələbədən sonra “Lids Yunayted” 17 xalla turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib. 16 xalı olan “Çelsi” isə 8-ci sırada qərarlaşıb.
Növbəti turda “Çelsi” noyabrın 27-də səfərdə “Nottinqem Forest”lə, “Lids Yunayted” isə noyabrın 28-də doğma meydanda “Koventri Siti” ilə qarşılaşacaq.



No Comment! Be the first one.