PSJ-dən çətin qələbə
Fransa Liqa 1-in 11-ci turunda “Nitsa” və PSJ komandaları arasında keçirilən görüş başa çatıb.
Sportify.az xəbər verir ki, Nitsadakı “Allyans Riviera” stadionunda baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbədən sonra PSJ 11 oyunda topladığı 26 xalla turnir cədvəlinə başçılıq edir. “Nitsa” isə 17 xalla altıncı pillədə qərarlaşıb.
Növbəti turda “Nitsa” noyabrın 28-də doğma meydanda “Trua”nı qəbul edəcək. PSJ isə həmin gün Parisdə “Loryan”la qarşılaşacaq.



No Comment! Be the first one.