“Sabah” – “Barselona” matçına görə metroda iş rejimi dəyişdirildi
Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah” və İspaniyanın “Barselona” komandaları arasında keçiriləcək V tur matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
Qurumun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.
Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək, qarşılaşmadan sonra qatarların hərəkəti “Koroğlu” stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək, gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.
Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi dəyişdirilməyəcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də başlanacaq.




No Comment! Be the first one.