Çempionlar Liqası: "Sabah" yenə böyük hesabla uduzdu - YENİLƏNDİ
“Sabah” komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tur matçına çıxıb.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi İspaniya “Barselona”sını qəbul edib.
Bakı Olimpiya Stadionunda keçirilmiş görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1.
Ştlandiyalı referi Nikolas Uolşun idarə etdiyi matçın əvvəlləri “Sabah”ın hücumları ilə yadda qalıb. Ən real qol imkanını isə mərkəz hücumçusu mövqeyində çıxış edən Xəyal Əliyev qaçırıb.
Tədricən təşəbbüsə yiyələnən “Barselona” 31-ci dəqiqədə hesabı açıb. Bu ilin fevralında “Qarabağ”ı ilk pley-off matçında 4 dəfə məyus etmiş Entoni Qordon ilin sonunda “Sabah”ın qapısına da yol tapıb.
Qalan qollar isə fasilədən sonra vurulub. 51-ci dəqiqədə Qordon yenə oxşar vəziyyətdən fərqi artırıb. Beləliklə, o, il ərzində Çempionlar Liqası matçlarında Bakıda 6 qol vurmağı bacarıb.
55-ci dəqiqədə Karim Adeyimi qonaqların üçüncü topunun müəllifi olub. 60-cı dəqiqədə isə Qabriel Jezus “Barselona”nın dördüncü qoluna imza atıb.
“Sabah”ın təsəlli qolunun müəllifi isə ikinci hissədə meydana daxil olmuş Coy Lens Mikels 63-cü dəqiqədə vurub.
Beləliklə, 5-ci matçında 4-cü qələbəsini qazanan “Barselona” 12 xalla 4-cü pilləyə yüksəlib. 4-cü məğlubiyyətlə üzləşən və 3-cü oyunda 4 qol buraxan “Sabah” isə 3 xalla 32-ci pilləyə enib.
Qeyd edək ki, bu görüşə komandalar itkilərlə çıxıblar. “Sabah” cəzalı Eyden Makkartinin xidmətindən yararlana bilməyib. “Barselona”nın baş məşqçisi Hansi Flik isə Bakıya Lamin Yamal, Rodri, Andreas Kristensen və Xavi Espartı gətirməyib.
25 noyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
21:45. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya) – 1:4
Qollar: Coy Lens Mikels, 63 – Entoni Qordon, 31; 51. Karim Adeyemi, 55. Qabriel Jezus, 60
Baş hakim: Nikolas Uolş
Yan xətt hakimləri: Frensis Konnor, Daniel MakFarlan
Dördüncü hakim: Donald Robertson
VAR: Endryu Dallas
VAR köməkçisi: Stiven MakLin (hamısı Şotlandiya)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: İva Olivari-Ulişa (Xorvatiya)
Bakı Olimpiya Stadionu.



No Comment! Be the first one.