Azərbaycanın milli idman növü – çövkən üzrə Nigeriya çempionatı keçirilib.
Sportify.az xəbər verir ki, 3 gün davam etmiş çempionatda qələbə uğrunda ölkənin dörd aparıcı komandası – NSK Farms, YBL, Western Ponies və 60 Yards mübarizə aparıb.
Yarışın ilk iki günündə komandalar öz bacarıq və hazırlıq səviyyələrini nümayiş etdirərək final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışıblar.
Çempionatın son günündə keçirilmiş oyunların nəticəsinə görə NSK Farms komandası Nigeriya çempionu adını qazanıb. YBL gümüş medallara sahib olub. Western Ponies üçüncü, 60 Yards isə dördüncü yerdə qərarlaşıb.
Çempionatın sonunda Beynəlxalq Çövkən Federasiyasının baş katibi Maçey Mixal Olbrix və icraçı direktoru Fərid Eyvazov qalib komandalara mükafatlar təqdim edib. Mükafatlandırma mərasimi üç gün davam etmiş yarışın yaddaqalan anlarından biri olub.



No Comment! Be the first one.